Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını odlu silahla qətlə yetirən Habil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nin məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə yanvarın 7-nə təyin edilib.
Qeyd edək ki, Sumqayıt sakini H.Həsənov ov tüfəngi ilə baldızı, 1952-ci il təvəllüdlü Nübar Məhərrəm qızı Nabatəliyevanı güllələyib. Nəticədə döş qəfəsindən güllə xəsarəti alan N.Nabatəliyeva dünyasını dəyişib. Hadisəni törədən H.Həsənov hadisə yerindən qaçıb.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində H.Həsənov tutulub. O, ilkin ifadəsində həyat yoldaşını öldürmək istədiyini, lakin güllənin təsadüfən baldızına dəydiyini deyib.
Arvadının əvəzinə baldızını öldürən sumqayıtlının məhkəməsi başlayıb
•
671
Müzakirə qapadılmışdır.