Aslan İsmayılovun “Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı” adlı kitabının təqdimatı keçirilib

741

Bu gün Aslan İsmayılovun “Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı” adlı kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, ictimai təşkilatların nümayəndələrinin və tarixçilərin iştirakı ilə keçirilən təqdimatda çıxış edən Milli Mədəniyyətin Müdafiəsi İctimai Birliyinin sədri Jalə Cəfərova deyib ki, kitab Sumqayıt hadisələri ilə bağlı meydana çıxan bütün suallara cavab verir. Onun sözlərinə görə, “ermənilik” sindromunun yaratdığı bu hadisələr bu gün də davam edir: “Bu sindromun qarşısını almaq üçün hər bir azərbaycanlı erməniyə qarşı fəaliyyət göstərməlidir”.

Aslan İsmayılov isə bildirib ki, kitabın hazırlanması bir neçə zərurətdən yaranıb: “Ermənilər ciddi cəhdlə Sumqayıt hadisələrini azərbaycanlıların boynuna qoymağa çalışırlar. Kitabdakı materiallar o zamanın cinayət işi və məhkəmə materialları əsasında hazırlanıb. O zaman Azərbaycan Ali Məhkəməsində Sumqayıt hadisələri ilə bağlı cinayət işində dövlət ittihamçısı olmuşam. Birmənalı şəkildə deyirəm ki, bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin planına uyğun olaraq, ermənilər tərəfindən törədilib”.

Nəşrdə yer alan məqamlara da toxunan A. İsmayılov Sumqayıtda ermənilərə qarşı cinayətlərin törədilməsinə rəhbərlik edən milliyətçə erməni Eduard Qriqoryan barədə dəqiq məlumatların olduğunu söyləyib: “Həmin vaxtlar istintaq erməni və rus müstəntiqlərin iştirakı ilə, özlərinin istədikləri formada aparılıb”.

Sonra kitab barədə tarixçi-alim Cəmil Həsənli və digərləri öz fikirlərini söyləyiblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər