“Atasını erkən yaşlarında itirib, anası isə elmi işçidir” – PA-nın yeni rəhbəri haqda bilinməyən faktlar

1724

“Samir Nuriyevi 2006-cı ildən tanıyıram. Eyni heyətin tərkibində Cənubi Koreyada səfərdə olmuşduq. Onda İqtisadi İnkişaf Nazirliyində çalışırdı.

sumqayitxeber.com azxeber.com-a istinadla xəbər verir ki, bunu “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Prezident Administrasiyasının yeni rəhbəri haqda təəsüratlarını bölüşərkən deyib.

O, qeyd edib ki, Samir Nuriyev atasını erkən yaşlarında itirib, elmi işçi olan anasının fədakarlığı sayəsində yaxşı təhsil alıb.

“Karyera pillələrində özünün qabiliyyət, intellekt, işgüzarlıq kimi üstün və önəmli keyfiyyətləri hesabına yüksəlib. Savadlı, kreativ, yeni düşüncəyə malik kadrdır. Cənab Prezidentin obyektiv, ədalətli və dəqiq seçimidir.

Dövlətin gücü, ədaləti həm də sadə bir ailədən çıxmış bacarıqlı gəncin siyasət olimpinə yüksələ bilməsi imkanı ilə ölçülür.

Dövlətimiz üçün uğurlu təyinat olacağına inanırıq!..”-deyə, R. Məcid əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər