Türkiyənin Qaziantep şəhərində keçiriləcək karate üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımızın sayı və kimliyi bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 17 karateçi bu yarışda Azərbaycanı təmsil edəcək.
Onbirqat Avropa çempionu Rafael Ağayev Tokio Olimpiadasından sonra karateyə qayıdışını bu yarışda gerçəkləşdirəcək.
Kişilər (kumite): Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı (+84 kq)
Qadınlar (kumite): İnci Əzizova (-50 kq), Mədinə Sadıqova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretskaya (-68 kq), Fəridə Əliyeva (+68 kq)
Kişi komandası (kumite): Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov, Ayxan Mamayev
Qadın komandası (kumite): Fəridə Əliyeva, Ayla Rzazadə, Mədinə Sadıqova, İrina Zaretskaya
Kata: Roman Heydərov
Kişi kata komandası: Rövşən Əliyev, Tural Balcanlı, İsmayıl Quliyev
Qeyd edək ki, Avropa çempionatı 25-29 may tarixlərində keçiriləcək. Bu yarışda 45 ölkənin 510 karateçisi medallar üçün mübarizə aparacaq.