Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Sumqayıtda idmançılarla görüşüb

455
Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Mouranın Azərbaycana səfəri davam edir. Azərbaycan Stolüstü Tennis Federasiyasının dəvəti ilə ölkəmizə gələn ali idman qurumunun rəhbəri bu gün Sumqayıt şəhərindəki “Qarabağ NN” Stolüstü Tennis klubuna baş çəkib. İdmançılara yaradılan şəraitlə tanış olan Pedro Moura onlara öz tövsiyyələrini verib, karyeralarında uğurlar arzulayıb. Qeyd edək ki, portuqaliyalı mütəxəssisin Azərbaycana səfəri sentyabrın 20-də yekunlaşacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər