Ermənistan tərəfinin iyulun 12-dən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində başlayan təxribatı nəticəsində 4 nəfər hərbiçimiz – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olublar.
Bu gün şəhidlərimizin 3-ü öz doğulduqları rayonlarda böyük izdihamla torpağa tapşırılıb.
Şəhid baş leytenant Mahmudov Rəşad Rəşid oğlu da doğulduğu Biləsuvar rayonunda dəfn ediləcək.
Musavat.com şəhidlərimizin dəfnindən çəkilən foto və videoları təqdim edir:
Baş əsgər Elşad Məmmədovun dəfn mərasimi
Şəhid Xəyyam Daşdəmirovun dəfn mərasimi