Azərbaycan Baş Prokurorluğunun saytında Sumqayıt hadisələri ilə bağlı xüsusi bölmə yaradılıb

687

APA-nın məlumatına görə, yeni yaradılmış bölmədə Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi və dünya ictimaiyyəti qarşısında Azərbaycan xalqının mənfi imicini formalaşdırmaq məqsədilə 27-29 fevral 1988-ci ildə Sumqayıt şəhərində erməni və ermənipərəst qüvvələr tərəfindən törədilmiş iğtişaşlarla əlaqədar baş vermiş cinayətin əsl mahiyyəti açıqlanır.

Bundan başqa, bölmədə Sumqayıt hadisələri ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqının SSRİ Baş Prokurorluğunun istintaq qrupu tərəfindən aparılması ilə əlaqədar təfərrüatlar, cinayətin əsas təşkilatçılarından olan Eduard Qriqoryanla əlaqədar istintaqın gəldiyi nəticələr və onun cinayətkar obrazı barədə hazırda Sumqayıt şəhərində yaşayan ermənilərin ifadələri, məlum hadisələrlə bağlı 1988-1989-cu illərdə Ermənistandan deportasiya edilərək Sumqayıt şəhərində yerləşdirilmiş azərbaycanlıların ifadələri, kütləvi iğtişaşlar baş verdiyi dövrdə Sumqayıt şəhərində yaşamış və işləmiş hüqüq mühafizə, partiya və sovet orqanlarının işçilərinin ifadələrindən çıxarışların yerləşdirilməsi nəzərdə tutulur.

Baş Prokurorluğun veb-saytında yeni bölmənin yaradılması Sumqayıt hadisələri ilə bağlı real məlumatları dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

Yeni yaradılmış bölmə ilə http://www.genprosecutor.gov.az/?/az/content/174/ ünvanında tanış olmaq olar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər