Azərbaycan davamlı inkişaf yolundadır!

594

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərindən 4 il ötür. Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçkilər zamanı cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.

İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səs çoxluğu ilə növbəti dəfə Prezident seçilməsi ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara, görülmüş işlərə verilən yüksək qiymət idi.

“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” deyən Prezident İlham Əliyev ardıcıl olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə böyük iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu dövr ərzində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri isə 13,5 dəfə artıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixrac isə altı dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artıb, maliyyə imkanlarımız xeyli yaxşılaşıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub, əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. Bu dövrdə 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.

2003-2018-ci illərdə əmək haqları təxminən 7 dəfə, pensiyalar isə 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf etdirilib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Regionlarda 43 olimpiya idman mərkəzi yaradılıb.

2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksinə görə dünyada öz mövqeyini xeyli möhkəmləndirib. Davosda keçirilən Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 35-ci yeri tutaraq MDB məkanında liderliyini qoruyub saxlayıb.

Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib.İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmizdünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu;

Fəaliyyəti dövründə Prezident İlham Əliyev hər zaman azad sahibkarlığa dəstək olmuşdur. 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlər verilib. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmışdır. Beləliklə bu dövr ərzində qeyri-neft sektorunun inkişafı təmin edilmişdir.

2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru üzrə də mühüm inkişaf müşahidə olunmuşdur. 15 il ərzində bu sahədə xeyli irəliləyişə nail olundu, yeni layihələr reallaşdırıldı. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkəyə böyük gəlirlər daxil olmağa başladı.

2007-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. 2018-ci il mayın 29-da Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm tərkib hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan investisiyanın həcmi 40 milyard dollar təşkil edir.

2003-2018-ci illərdə Azərbaycan elektrik enerjisi idxalçısından ixracatçısına çevrilib. Həmin illər ərzində ölkədə böyük infrastruktur layihələri həyata keçirilib. Ölkə daxilində enerji təchizatı xeyli yaxşılaşıb.  30-dan çox elektrik stansiyası tikilib.

Yol-nəqliyyat infrastrukturunun inkişafı istiqamətində 2003-2018-ci illərdə xeyli layihələr reallaşdırılıb. Həmin illər ərzində ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilib. Altısı beynəlxalq statusa malik olmaqla ümumilikdə yeddi aeroport tikilib. Xəzər dənizində ən böyük yeni ticarət limanın inşası başlanmışdır. Dəmir yolu infrastrukturu yenilənib.

2004-cü ildə Bakı sakinlərinin 29 faizi içməli su ilə təmin olunurdu. 2018-ci ildə bu rəqəm 81 faizə çatmışdır. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, 2018-ci il üçün bu rəqəm 67 faizə çatmışdır. 2003-2018-ci illər ərzində kənd təsərrüfatının inkişafı üçün əsaslı meliorasiya tədbirləri həyata keçirilib. Dörd böyük su anbarı tikilib.

Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışı zamanı gələcəyə baxmalı olduğumuzu vurğuladı: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”

Geridə qoydğumuz 4 il ərzində Azərbaycan çox böyük uğurlar əldə etdi. Sözsüz ki, ən əsası ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 30 il ərzində işğal altında olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhəbrliyi ilə düşmən tapdağından azad olundu. Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Böyük qayıdış prosesinin başlanması üçün ciddi addımlar atılır. Azərbaycan xalqı daha inamla irəliyə baxır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.

Mətanət Pirquliyeva, əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər