Azərbaycan-Ermənistan sərhədində son vəziyyət – Atəşkəs elan olunub?

601

Bu gün saat 9.00-dan başlayaraq Azərbaycan və Ermənistan arasında atəşin dayandırılması barədə razılıq əldə olunub.

Trend-ə etibarlı mənbədən verilən məlumata görə, atəşkəs razılaşdırıldıqdan sonra Ermənistan silahlı qüvvələri yenidən atəşkəsi pozub. Azərbaycanın dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub.

Lakin 09.15-dən etibarən atəşkəs bərqərar olunub.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər