Azərbaycan həqiqətləri beynəlxaq ictimaiyyətin diqqətinə çatdırlır

374

Bir neçə gün öncə ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda forum keçirildi.

Forumda iştirak edən Prezident İlham Əliyev Azərbaycanın sülh səylərini, iqtisadi inkişafını, regionun tərəqqisinə mühüm töhfələr verən təşəbbüslərini, gələcək perspektivləri iştirakçıların diqqətinə çatdırmaqla ölkəmizin qüdrətini və dünya üçün əhəmiyyətini bird aha göstərdi.

Dövlətimizin başçısı əsas diqqəti Azərbaycanın sülh səylərinə və işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı fəaliyyətinə yönəltdi.

Prezident İlham Əliyev vurğuladı ki, Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır.

Dövlətimizin başçısı çıxışında sülhlə bağlı aşağıdakı fikirləri səsləndirdi:

  • Azərbaycan regiona sülhü müharibə ilə gətirib. Ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Sözügedən fakt Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir;
  • Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib;
  • Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq və delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən edən Azərbaycan olub;
  • Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirir. Azərbaycan sülh sazişinin prinsiplərini işləyib Ermənistana göndərdi. Sonra yenə sükut oldu və biz bunu ictimailəşdirdik, məşhur beş prinsipi açıqladıq;
  • Əgər Ermənistan hesab edir ki, bizə sülh onlardan çox lazımdır, onlar yanılırlar. Biz sülhü onlar istədiyi qədər istəyirik. Əgər onlara bu lazımdırsa, onda bizə də lazımdır. Əgər onlara lazım deyilsə, onda bizə də lazım deyil;
  • Sülh sazişi, əlbəttə ki, əsas şərtdir, lakin yeganə şərt deyil. Onlar bizim indi bir-birimizi tərəfdaş kimi qəbul etdiyimizi nümayiş etdirməlidirlər. Paralel olaraq barışıq prosesi getməlidir. Ziyalılar, ictimai rəyə təsir edə biləcək insanlar arasında təmaslar daha çox olmalıdır və daha az nifrət nümayiş etdirilməlidir;

Prezident İlham Əliyev onu da bildirib ki, əgər rəsmi İrəvan saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, onda bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalıdır: “Onların hüquq və təhlükəsizliyi Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi kimi eyni qaydada qorunmalıdır. Biz ya hər iki milli azlığı sülh müqaviləsində qeyd edirik, yaxud həmin məsələ ümumiyyətlə qeyd olunmur”.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan əlindən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərazində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək.

Prezident Böyük qayıdış proqramı ilə bağlı da önəmli açıqlamalar verdi. Bəzi sitatlara diqqət yetirək:

  • Əsas məsələ keçmiş məcburi köçkünlər üçün yaxşı şərait və iş yerləri yaratmaqdır. İş yerlərinin yaradılması da vacib sahələrdəndir və biz qayıdış prosesini planlaşdırarkən diqqətimizi buna yönəldirik;
  • – etdirəcək. Bu təcrübə bir çox ölkələr və şəhərlər üçün faydalı olacaqdır, o şəhərlər ki, müəyyən dərəcədə bizimlə eyni vəziyyətdədir;
  • Qarabağın yenidən qurulmasında əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcək;

Azad edilmiş ərazilərdə biz, həmçinin yeni idarəçilik modelini sınaqdan keçiririk. Prezidentin xüsusi nümayəndələr institutu yaradılıb. Bu vaxta qədər dörd nümayəndə var. Onların sayı daha çox olacaq. Bu, tamamilə yeni idarəçilik üsuludur və həmin müsbət təcrübə, ola bilsin, ölkənin qalan hissəsində də tətbiq edilsin.

30 ölkədən 60-dan çox nümayəndənin iştirak etdiyi Forum  Azərbaycan həqiqətlərinin beynəlxaq ictimaiyyətin diqqətinə çatdırlması baxımından mühüm əhəmiyyət etdi.

Elşad Eyvazov, Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər