“Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin olundu

696

“Azərbaycan” Nəşriyyatına yeni baş direktor təyin olunub.

Report-un məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Leyla Güləliyeva “Azərbaycan” nəşriyyatının baş direktoru təyin edilib.

L.Güləliyeva təyinatla bağlı xəbəri təsdiqləyib.

Qeyd edək ki, L.Güləliyeva Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş “Azərmarka” MMC-nin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən gün “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov vəzifəsindən azad edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər