Azərbaycan ordusunun həlak olan zabiti dəfn edildi – YENİLƏNİB + FOTO

448

Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbi qulluqçusu dəfn edilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə nəticəsində həlak olan leytenant İlqar Rüfət oğlu Babayev Oğuz rayonunun Calut kənd qəbiristanlığında torpağa tapşırılıb.

11:04

Avqustun 9-u səhər saatlarında Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə zamanı həlak olan leytenant Babayev İlqar Rüfət oğlu ilə Oğuz rayonunun Calut kəndində vida mərasimi keçirilir.

Vida mərasimində ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edirlər.

Zabitin nəşi kənd qəbiristanlığında torpağa tapşırılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər