Azərbaycan və Rusiya prezidentləri Qarabağı MÜZAKİRƏ ETDİ

857

Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında növbəti telefon danışığı baş tutub.

Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyətin ümumiyyətlə sabit olduğunu, atəşkəs rejiminə ciddi şəkildə əməl olunduğunu qeyd ediblər.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı apardı. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edildi. Vəziyyətin ümumiyyətlə sabit olduğu və atəşkəs rejiminə ciddi əməl edildiyi məmnunluqla qeyd edildi”,- deyə açıqlamada vurğulanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər