“Azərbaycan xalqı daim bir olmalı, diri olmalı və öz liderini dəstəkləməlidir”

356
“Bu gün biz ölkəmiz və xalqımızın həyatında növbəti tarixi anın şahidi olduq! Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanan cənab İlham Əliyev prezident kimi and içərək bir daha xalqa və dövlətə sədaqətlə xidmət edəcəyini bəyan etdi! O, bunu keçmiş fəaliyyətində dəfələrlə sübut etmişdir!”
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili səsləndirib.
Tahir Mirkişili qeyd edib ki, ölkəmiz və xaqlımız üçün yeni dövr başladı. Prezident İlham Əliyev bu yeni dövrün konturlarını çızdı, istiqamətləri göstərdi. Güclü ordu, güclü iqtisadiyyat, sosial rifah, güclü ailə dəyərləri, geniş bərpa-quruculuş işləri, müstəqil, dosta-dost, düşmənə-düşmən xarici siyasət, qlobal iqlim dəyişiklikləri və ədalətsizliklə mübarizə əsas istiqamətlər olacaqdır. “Bizim bir ailəmiz var. O ailə Türk Dünyasıdır”- deyən Prezident İlham Əliyev yeni dünya reallıqlarında regional güc olmağın yolunu da göstərdi. Bütün bu hədəflərə çatmaq üçün Azərbaycanc xalqı daim bir olmalı, diri olmalı və öz liderini dəstəkləməlidir. Əminik ki, elə də olacaqdır! Xeyirli və uğurlu olsun!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər