İstirahət günlərində Azərbaycanda 5 piyadanın ölümü ilə nəticələnən yol qəzaları baş verib. Lent.az xəbər verir ki, şənbə günü Bakı şəhər Nərimanov rayonu Ziya Bünyadov prospektində “KİA Sorento” markalı avtomobil 20 yaşlı oğlanı vurub öldürüb. Bəhramtəpə-Horadiz yolunun Beyləqan rayonu ərazisindəm keçən hissəsində isə “VAZ 2106” markalı avtomobil 83 yaşlı kişini vuraraq həyatına son qoyub. Şənbə günü Ucar rayonu ərazisində – Bakı-Qazax yolunun 257-ci kilometrliyində naməlum avtomobilin vurduğu 60 yaşlı kişinin həyatını xilas etymək mümkün olmayıb.
Bazar günü də piyada ölümü ilə nəticələnən hadisələr olub. Belə ki, Lənkəranın Şağlaküçə kəndində “VAZ 2107” 55 yaşlı kişini, Goranboyun Qaramusalı kəndində isə “VAZ 2106” markalı avtomobil 78 yaşlı kişini vuraraq öldürüb.
Hər bir hadisə ilə bağlı araşdırma aparılır.