Azərbaycanda boşanmış ər-arvad “Facebook”da saxta profillərlə yenidən tanış oldu

978

“Facebook” sosial şəbəkəsindəki “Huquqşünaslar” qrupunda maraqlı hadisə qeydə alınıb.

Bu barədə tanınmış vəkil Aqil Layic “Facebook” məlumat paylaşıb.

O qeyd edib ki, boşanmış ər və arvad “Huquqşünaslar” qrupunda saxta profillərlə vəkillərdən məsləhət alıb, bu əsnada tanış olub, bir-birinə nömrə verib və nəticədə yenidən dava ediblər:

“Ər-arvad boşanmışdı. Hər ikisi də saxta profillə qrupda gecə-gündüz hüquqi suallar yazıb məsləhət alırdılar. Amma bir-birini tanımırdılar. Yenidən saxta profillə bir-biri ilə tanış olurlar və hər ikisi adını yanlış deyir. Xanım keçmiş ərinin narkoman olduğunu, oğlan isə keçmiş arvadının əxlaqsız olduğunu qeyd edir. Münasibətlər irəliləyir və istiləşir. Hər ikisi mələk kimi davranır. Nəticədə bir-birinə nömrə verdikdə bəlli olur ki, bunlar elə söydükləri keçmiş ər-arvad özləri imiş. Söhbət böyüyür və bir-birinin nəsli haqqında yenidən tanışlıq ərəfəsində işlətdikəri pis sözlərə görə real həyatda dava düşür”.

“Hər ikisi mənə şikayət edib, digərinin qrupdan çıxarılmasını xahiş etmişdi. Hər iki tərəf iddia edirdi ki, qarşı tərəf qrupa layiq deyil”, – deyə vəkil bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər