Azərbaycanda bu kəndlərdə koronavirus sürətlə yayılır – Karantin rejimi tətbiq olundu

1330

Cəlilabadın daha bir kəndində koronavirus infeksiyası aşkarlanıb.

SƏS TV xəbər verir ki, rayonun Ağdaş kəndinin bir neçə sakini yüksək hərarətlə rayonun mərkəzi xəstəxanasına müraciət edib.

Müraciət edən şəxslərdən götürülmüş testlər pozitiv çıxıb. İnfeksiya aşkarlanan şəxslərin yaxınları və təmasda olduqları şəxslər karantinə alınıb.

Ağdaş kəndi nəzarətə götürülüb və karantin rejimi tətbiq olunub. Kənd sakinlərinin və əsasən də yaşı 65-dən yuxarı olan şəxslərin küçəyə çıxması tövsiyə olunmur.

Ağdaş kəndində 18 ailədə koronavirus aşkarlanıb. Ümumilikdə, Cəlilabadda 6 kənddə yoluxma halları aşkarlanıb.

Həmin kəndlərdə dezinfeksiya işləri aparılır

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər