Azərbaycanda dağıdıcı təsirə malik zəlzələ gözlənilirmi – Rəsmi cavab

1150

Son zamanlar dünyanın müxtəlif ölkələrində güclü zəlzələlər baş verir. Dağıntı və tələfata yol açan bu təbiət hadisəsinin ardınca, bəzi hallarda sunami də meydana çıxır.

Xoşbəxtlikdən Azərbaycan ifrat dağıdıcı zəlzələlərdən kənarda qalır. Şamaxı və İsmayıllıda son yaşanan hadisəni çıxmaq şərtilə, ölkəmizdə ara-sıra baş verən yeraltı təkanlar dağıdıcı gücə malik deyil. Elə ötən gün Xəzərdə baş verən zəlzələ kimi.

Hər bir halda, heç bir ölkə təbii fəlakətlərdən zəmanətli deyil. Bu baxımdan Sputnik Azərbaycan-ın əməkdaşı “Azərbaycanda güclü zəlzələ ilə bağlı proqnozlar nə göstərir?” sualına cavab almaq məqsədilə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişliyə müraciət edib.

“3 baldan yuxarı olan bütün yeraltı təkanlarla bağlı məlumat veririk. Çünki biz bu məlumatları Avropa Seymologiya Komissiyasına da göndəririk” – deyə müsahibimiz bildirib.

Qeyd edib ki, hər gün xırda təkanlar olsa da, bunlar fon səviyyəsində müşahidə edilir: “O səbəbdən seysmoloji aktivliyin yarandığını deyə bilmərik”.

Yetirmişlinin sözlərinə görə, hər gün Quba, Şamaxı, İsmayıllı, Lerik, Kəlbəcərdə 3 baldan yuxarı olmayan zəif təkanlar qeydə alınır: “Respublika ərazisində gedən dinamik proseslər onu göstərir ki, yaxın zamanlarda katastrofik güclü zəlzələlər gözlənilmir”.

“Palçıq vulkanlarının aktivləşməsində zəlzələlərin də rolu, təsiri var. Zəlzələ olmasa da, yerin daxilində, laylarda gedən sıxılmalar və nəticədə yığılan qazlar partlayış yaradaraq vulkanı oyadır. Lakin hələ ki, güclü aktiv vulkan yoxdur” – deyə baş direktor əlavə edib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər