Azərbaycanda dəhşətli hadisə – Mesajları səhv başa düşdü, öldürüb, ata bağlayıb sürüdü

1408

Cəlilabad rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

İlkin araşdırmalardan sonra Musalı kənd sakini, 21 yaşlı Nəsirov Sirus İlham oğlunun həmkəndlisi, 33 yaşlı Seymur Məmmədov tərəfindən qısqanclıq zəminində öldürüldüyü məlum olub.

Bildirilir ki, martın 2-də S.Məmmədov Sirusun onun həyat yoldaşına yazdığı mesajları gördükdən sonra onu küt alətlə döyərək öldürüb. Daha sonra Seymur öldürdüyü gəncin meyitini kənddən kənarda qoyaraq qaçıb. Meyiti dünən ərazidəki çobanlar aşkarlayıb.

Qətlə yetirilən gəncin yaxınları bildiriblər ki, Sirus nişanlı olub. Onun gələcək xanımı qonşu kənddə yaşayır və mobil telefonu yoxdur. Bu səbəbdən gənc sevgililər Seymurun həyat yoldaşının telefonu vasitəsi ilə əlaqə saxlayırmış.

Sirusun yaxınları iddia ediblər ki, Seymur Məmmədov Sirusu döyəndən sonra onu ata bağlayaraq xeyli sürüyüb.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Polis tərəfindən tutulan S.Məmmədov qətli qısqanclıq zəminində törətdiyini etiraf edib. Lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər