Azərbaycanda istehsal olunan avtomobillər satışa çıxır – 18 min AZN (FOTO)

2041

Neftçala sənaye məhəlləsindəki Azərbaycan-İran birgə zavodunda istehsal olunan “Khazar” avtomobillərinin alışı üçün artıq 40 sifariş daxil olub.

Trend-in məlumatına görə, bunu zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, ilk sifarişçilər dövlət strukturları – İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri olub. Bu günədək zavodda 100-ə yaxın avtomobil istehsal olunub.

E.Axundovun sözlərinə görə, avtomobillərin satışı gələn həftənin əvvəlində başlayacaq. İlk mərhələdə “Khazar SD” və “Khazar LD” modelləri satışa çıxarılacaq. Satışlar Bakıda 3 satış mərkəzində həyata keçiriləcək.

“Khazar SD”-nin satış qiyməti 16 min manat, “Khazar LD”-nin satış qiyməti 18 min manat təşkil edəcək.

O əlavə edib ki, avtomobilləri 20 faiz ilkin ödənişlə lizinqə və ya 50 faiz ilkin ödənişlə kreditə almaq olar. Aylıq ödəmə 18 faiz təşkil edəcək.

Zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına cavab verir.




www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər