Azərbaycanda minlərlə şəxs cinayət məsuliyyətindən azad ediləcək – Deputat

876

“Prezident İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cəzaların dekriminallaşdırılması ilə bağlı təqdim edilən layihəyə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında baxılıb, plenar iclasda millət vəkillərinin səsləndirdiyi təkliflər müzakirə olunub”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib. Deputat komitə iclasında bəzi fikirlərin mövcud olduğunu da bildirib:

“Başqa maddələr də dekriminallaşdırıla bilər, bir sıra fikirlər də mövcud idi ki, bəzi məsələlərlə bağlı humanistləşdirmə tez ola bilər. Ümumi rəy ondan ibarət idi ki, cənab Prezident tərəfindən indiki mərhələdə belə bir layihənin təqdim edilməsi xüsusi əhəmiyyətə malikdir. Böyük humanist bir addımdır”.

Komitə üzvü onu da qeyd edib ki, bu layihənin qəbulu və tətbiqi nəticəsində minlərlə şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi və ya cəzasının yüngülləşdiriləcəyi proqnoz edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər