Azərbaycanda nazir müavini vəfat etdi

1084

Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə vəfat edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gecə dünyasını dəyişib.

Qeyd edək ki, İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olub.

1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

1999-cu ildən Maliyyə nazirinin birinci müavini idi.

Allah rəhmət eləsin!

Nizam Rza

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər