Azərbaycanda yağış yağdı, qırğın başladı: 10 ölü

563

 

Sumqayıt şəhərində də  ölümlə nəticələnən yol qəzaları qeydə alınıb

Dekabrın 13-də Azərbaycan yollarında baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 10 nəfər dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, təkcə Bakıda gün ərzində baş vermiş qəzalarda 4 nəfər ölüb. Suraxanı rayonunda “Mercedes” maneəyə çırpılıb, sürücü ölüb. Sabunçu, Binəqədi, Xətai rayonlarında isə piyadaların ölümü ilə nəticələnən hadisələr qeydə alınıb.

Ölkənin rayonlarına gəlincə, dekabrın 13-də Abşeron, Bərdə, Masallı, Ağdam Salyan rayonlarında və Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzaları qeydə alınıb. Bölgələrdəki hadisələrdə daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qeyd edək ki, son günlərdə ölkədə yağmurlu hava şəraiti müşahidə olunur. Bu səbəbdən də yollarda təhlükəlilik dərəcəsi artıb, sürüşmək, idarənin itirilməsi ehtimalları çoxalıb. Yol polisi yağmurlu hava şəraitində sürücülərin daha diqqətli olmalarını bildirir.

Lent.az

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər