Azərbaycandan keçərək, Gürcüstana gedən şəxsdə koronavirus tapıldı

727

Gürcüstanda koronavirusa ilk yoluxma halı aşkarlanıb. Bu barədə RİA ölkənin səhiyyə naziri Yekaterina Tikaradzeyə istinadən məlumat yayıb.

Tikaradze yoluxmuş Gürcüstan vətəndaşının fevralın 25-də Azərbaycan ərazisi ilə İrandan gəldiyini bildirərək deyib:

“Bir neçə dəqiqə əvvəl laboratoriyadan ölkədə ilk dəfə koronavirus infeksiyası aşkar edilən testlərin nəticələrini aldıq”.

***

İrandan Azərbaycan vasitəsilə Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi ilə bağlı bəzi detallar məlum olub.

“Sputnik Gürcüstan” xəbər verir ki, həmin şəxs ölkəsinə mikroavtobusla gedib. Marneuli sakini olan şəxsin yanında daha bir neçə nəfər də olub və onlar Azərbaycanda karantində saxlanılırlar. Marneuli sakininin yol yoldaşı isə Tbilisidə xəstəxanaya yerləşdirilsə də, onda koronavirus tapılmayıb.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidzenin sözlərinə görə, məsələ ilə bağlı artıq Azərbaycan tərəfinə məlumat verilib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı pasiyentin qonşu ölkələrdə kimlərlə əlaqədə olmasını araşdırıb, həmin şəxslərdən hansının karantinə və ya  xəstəxanaya yerləşdiriləcəyinə qərar verəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər