Azərbaycanın gücü sayəsində bütün Qafqazda təhlükəsizlik və sabitlik olacaqdır -Müşfiq Məmmədli

549
Azərbaycan xalqının çox qədim və dəyərli dövlətçilik ənənələri olmuşdur. Lakin XVIII əsrdə kiçik xanlıqlara bölünən Azərbaycan çox keçmir ki, rus imperiyası tərəfindən asanlıqla işğal edilir. 1828-ci il fevralı ayının 28də imzalnan Türkmənçay müqaviləsi ilə iki yerə parçalanan Azərbaycanın şimal hissəsi Rusiya, cəönub hissəsi İranın tabeliyinə keçir. İşğalın ağır şərtlərinə baxmayaraq qürurla qeyd etmək istərdik ki, azadlıq sevadasını ürəklərində daşıyan azərbaycanlı ziyalılar Rus imperiyasının çökməsi ilə şimali Azərbaycanda Şərqdə ilk Demokratik dövləti – Azərbaycan Xalq Cümhiriyyətini yaratmağı bacardılar. Ancaq çox təəssüf ki, cəmi 23 ay mövcud ola bildi. Biz Türk-İslam aləmində ilk demokratik ənənlərin bünövrəsini qoyan Azərbaycan Xalq Cümhuriyyətini quran ziyalılarımızı həmişə sevgi və sayğı ilə yad edəcəyik!
Xalq Cümhuriyyəti dövründə qədim şəhərimiz İrəvanın Ermənistana güzəştə gedilməsi, işğalçı qonuşumuzun sonrakı işğal planlarının başlanğıcı oldu. Yenidə rus imperiyası tərəfindən işğal edilən Azərbaycanın Qərbi Zəngəzur vilayəti ədalətsiz bir şəkildə Ermənistana verildi. Daha sonra bildiyimiz kimi gözəl Qarabağımız işğal edildi. Və yalnız ulu öndərimiz H.Əliyevin yenidən hakimiyyətə gəlməsi və yürütdüyü siyasət nəticəsində Azərbaycan tamamilə parçalanmaqdan qurtuldu.
Otuz ildən sonra Azərbaycan Qarabağda erməni işğalına son verdi. Bu yalnız cənab prezidentimiz İ.Əliyevin, Azərbaycan dövlətinin və xalqının birliyi, birgə gücü sayəsində mümkün oldu. Beynəlxalq güc BMTnin vaxtı ilə qəbul etdiyi beş qətnamənin həyata keçirilməsi ilə bağlı nəinki heç bir iş görmədi, əksinə Azərbaycanın haqlı savaşında bizə dəstək olmadı. Azərbaycan xalqı başda ali baş komandanı ilə bir yerdə tək ürək ləyaqətlə, mərdliklə düşmənə qarşı savaşdı və torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə əslində gələcəkdə  bütün Qafqazda sülhün və inkişafın qarantisidir. Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyən olunması ilə isə bölgəmiz daha da inkişaf edəcəkdir və əminliklə qeyd etmək istərdik ki, məhz Azərbaycanın gücü və səyləri nəticəsində bütün Qafqazda təhlükəsizlik və sabitlik olacaqdır.

 

İşğaldan azad edilmiş torpaqlarda infrastrukur layihələrin durmadan və davamlı şəkildə aparılması həm Azərbaycanın gücündən, həm də otuz il boyunca vətən həsrəti ilə yaşayan insanlarımızın tez bir zamanda öz yurdlarına qayıtmaları üçün görülən işlərdən xəbər verir. İlk pilot layihə kimi Zəngilanın Ağalı kəndində iki yüzdən ibarət Ağıllı kənd salınıb, əlavə olaraq 150 evin, o cümlədən iki, üç mərtəbəli mənzil tipli evlərin tikilməsi nəzərdə tutulur. Kənddə məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.
Zəngilan rayonunun Ağalı kəndində bir il əvvəldən başlayan yenidən qurma işləri, ağıllı kənd modelinin qurulması və ümumiyyətlə bu gün Qarabağda görülən işlər gələcək nəsillərin öz dədə-baba yurdlarında sabitlik və təhlükəsiz şəraitdə yaşamaları üçündür.
Müşfiq Məmmədli, Milli Məclisin deputatı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər