“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti görüş Sumqayıt şəhərində baş tutdu. Görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, müstəqil Azərbaycanın birinci Olimpiya çempionu Zemfira Meftahətdinova, Milli Olimpiya Komitəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, fəal gənc və yeniyetmələr iştirak etmişdir.
Azərbaycanın birinci Olimpiya çempionu Zemfira Meftahətdinova MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyəni Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədova təqdim etmişdir.
Bu layihə əsasında çəkilmiş “Qızıl Sidney” sənədli filmi nümayiş edilmişdir.
Daha sonra çempionumuz çıxış edərək öz həyat yolu haqqında iştirakçıları məlumatlandırmış, həmçinin onlara öz tövsiyələrini vermişdir.
Olimpiya çempionu görüş iştirakçılarının suallarını cavablandırmış və Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.