Azərbaycanın qazandığı qələbələrin memarı – Cənab İlham Əliyev

686

15 oktyabr 2003-cü il müstəqil Azərbaycan Respublikasının tarixinə yazılmış ən əlamətdar günlərdən biridir. Bu  gün Azərbaycan üçün o baxımdan əlamətdardır ki, xalqımız öz dövlətçiliyinin gələcəyi, rifahının yüksəkliyinə doğru inamlı bir addım atdı. Belə ki, müdrik Azərbaycan xalqı 2003-cü il 15 oktyabrda keçirilmiş prezident seçkilərində tam əminliklə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevə səs verdi.

Xalqın öz gələcəyi ilə bağlı verdiyi qərarların ən doğru qiymətini zaman verir. Ötən illərimizin tarixi həqiqətəndə nə qədər uzaqgörən və doğru qərar verdiyimizi sübuta yetirdi. 2003-cü ildən bu günümüzə qədər ötən müddət ərzində hansı uğurlara imza atdığımıza diqqət yetirsək, qeyd edilən fikirlərin doğruluğuna bir daha əmin olarıq.

Cənab İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərliyi dönəminə nəzər salsaq bu illər ərzində qazandığımız böyük uğurlara şahidlik etmiş olarıq. Bəs bu uğurlar hansılardır? Möhkəm siyasi sabitlik, böyük həcmdə sərmayələrin ölkəyə cəlb olunması, dayanıqlı iqtisadi inkişaf, xarici siyasətin şaxələndirilməsi, əhalinin rifah halının gündən-günə yüksəldilməsi, müdafiə sənayesinin yaradılması, güclü ordu quruculuğu, sağlam təməl üzərində formalaşmış xalq-iqtidar birliyi son illərdə qazandığımız ən diqqətçəkən uğurlardır. Nəhayət, 8 noyabr 2020-ci idə 44 günlük Vətən müharibəsində mənfur düşmən üzərində qazandığımız parlaq qələbə – Zəfər günümüz Cənab prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi tarixinə sözün əsl mənasında qızıl hərflərlə yazılacaq misilsiz dərəcədə əlamətdar bir hadisədir. Hələ 44 günlük Vətən müharibəsindən əvvəlki dövrdə ölkə prezidentimiz bu qələbənin möhkəm və sağlam təməlini formalaşdırmışdı. Artıq Müzəffər Ali Baş Komandan xalqımızın qürur mənbəyidir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev xalqımızın rifahı naminə yorulmadan çalışır. Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının firavan və təhlükəsiz həyatı dayanır. Torpaqlarımız düşmən tapdağından azad edildikdən sonra qarşımızda daha mühüm bir missiya dayanır – Erməni vandalları tərəfindən dağıdılmış, viran qoyulmuş doğma yurd yerlərimizi bərpa etmək. Ölkə prezidenti bu missiyanı da uğurla həyata keçirmək üçün bütün lazımi Sərəncam və tapşırıqları vermişdir. Bərpa-quruculuq işlərinin keyfiyyətlə və qısa zaman ərzində həyata keçirilməsinə ciddi nəzarət olunur.

Postmüharibə dövründə qarşıda duran digər mühüm vəzifə keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə geri qayıtmalarını təmin etməkdir. Artıq “Böyük Qayıdış” xalqımızın milli ideyasıdır. Biz tam əminik ki, Qarabağ və Zəngəzur ən qısa zamanda bərpa ediləcək. Bu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qəti və prinsipial mövqeyidir. Artıq ölkə başçımız bütün beynəlxalq toplantılarda Azərbaycanı qalib xalqın-qalib prezidenti kimi təmsil edir. Dünya dövlətlərinin başçıları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə çox böyük hörmət və ehtiram göstərir, onun müxtəlif məsələlərin həllindəki qətiyyətli mövqeyi ilə hesablaşırlar. Azərbaycan xalqı öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında hələ neçə-neçə qələbələr qazanacaq.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər