Azərbaycanın sədrliyi ilə Moldovada enerji məsələləri müzakirə edilib

381

Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi Komitəsinin (Azərbaycanın sədrliyi ilə) iclası keçirilib. İclasda enerji təhlükəsizliyi, enerji infrastrukturu və Avropa Birliyinin vahid qaz alışı mexanizmi müzakirə edilib.
Çıxışçılar enerji təhlükəsizliyi və enerji infrastrukturu sahəsində Azərbaycanın layihələrini və ideyalarını dəstəklədiklərini ifadə edərək, Azərbaycana dəstəyin artırılmasının vacibliyini qeyd ediblər.

Tahir Mirkişili Azərbaycanın nəinki qaz, yaşıl enerji ixracında da böyük potensialının mövcudluğunu bildirib. Azərbaycanın  etibarlı tərəfdaş olduğunu vurğulayıb.

Xəbər verildiyi kimi, Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov və Nurlan Həsənov bu təşkilatın 10-cu plenar sessiyasında iştirak etmək üçün fevralın 18-dən Moldovanın Kişineu şəhərində səfərdədirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər