Azərbaycanın tanınmış professoru VƏFAT ETDİ (FOTO)

916

Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib.

ONA xəbər verir ki, fəlsəfə elmləri doktoru, professor Oruc Abdullayev 66 yaşında vəfat edib. Oruc Abdullayev 1979-1983 cü illərdə Bakı Dövlət Universitetində aspiranturada təhsili alıb. 1983-cü ildə BDU-nun fəlsəfə üzrə ixtisaslaşmış elmi şurasında namizədlik dissertasiyası, 1994-cü ildə AMEA-nın Fəlsəfə İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri doktoru, 1996-cı ildə isə professor elmi adına layiq görülüb. 1988-ci ildən Azərbaycan Texnologiya Universitetində fəlsəfə və elmi kommunizm, fəlsəfə və politologiya, 2002-ci ildən fəlsəfə və tarix kafedrasının müdiri, 1996-cı ildən 2011-ci ilə kimi tərbiyə-humanitar məsələlər üzrə prorektor işləyib.

Göstərdiyi elmi fəaliyyətinə görə mərhumun adı Azərbaycan Milli Ensiklopediyasına salınıb.

 

  • Azərbaycanın tanınmış professoruVƏFAT ETDİ (FOTO)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər