“Azərikimya” İstehsalat Birliyində “Beynəlxalq kimya ili” çərçivəsində silsilə tədbirlər həyata keçiriləcək

707

2011-ci ilin YUNESKO tərəfindən «Beynəlxalq kimya ili» elan olunması ilə əlaqədar ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində silsilə tədbirlər planı hazırlanmışdır. Il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər proqramına respublikanın görkəmli kimyaçı alimlərinin və gənc kimyaçıların iştirakı ilə Biznes Forumun təşkili, Birlik müəssisələrinin əməkçiləri arasında “peşəkar kimyaçı” adı uğrunda yarış-müsabiqənin, məktəblər arasında “Yeni kimya şəhəri–Sumqayıt” mövzusunda debatların, “Kimyanın mənim həyatımda rolu” adlı tədbirin, Sumqayıt məktəblərində kimya olimpiadalarının, kimya sənayesi müəssisələri üzrə geniş idman spartakiadasının keçirilməsi və s. daxildir. “Azərbaycan kimyası və Sumqayıt» adlı sənədli filmin çəkilişi, eyniadlı bukletin və poçt markalarının hazırlanması, tanınmış kimyaçı alimlər və veteran kimyaçılar haqqında kitabın nəşr olunması, “Azərikimya” müəs­sisələrində istehsal olunan məhsulların bilbordlarının hazırlanaraq şəhərin müxtəlif məntəqələrində yerləşdirilməsi, kimya müsabiqələrində yüksək göstəricilərə nail olmuş orta məktəblərdə mini-kimya laboratoriyalarının yaradılması, ”Kimyaçılar parkı”nın salınması da Birliyin tədbirlər planına daxil edilmişdir. “Beynəlxalq kimya ili” çərçivəsində “Azərikimya” İB-nin Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhər təhsil və səhiyyə şöbələri, Gənclər və İdman Baş İdarəsi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi, həmçinin Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz və Sumqayıt Dövlət Universitetləri ilə birgə digər tədbirlərin də hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər