“Azərikimya” İstehsalat Birliyində “Gənclər Günü” qeyd olunub

760

“2 fevral – Azərbaycan Gəncləri Günü” ilə əlaqədar “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı və Sumqayıt şəhərində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Kimyaçı” Mədəniyyət Sarayında ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə Azərbaycan gəncliyinin keçdiyi şərəfli yoldan danışılmışdır. Bildirilmişdir ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə bəslədiyi böyük inam və etimadın təzahürü olaraq 2 fevral hər il Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Ölkəmizin, o cümlədən Sumqayıt şəhərinin ictimai-siyasi, elmi-mədəni həyatında gənclərin artan rolu qeyd olunmuşdur. Vurğulanmışdır ki, “Azərikimya” İB-də çalışmaq istəyən gənc kardların sayı durmadan artmaqdadır və onların işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam etdirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər