“Azərikimya” İstehsalat Birliyində yenidənqurma işləri davam etdirilir

733

ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin 20-yə yaxın dəmiryol təmirçisinin səyi nəticəsində kimya müəssisələrini birləşdirən, xammalın və ixrac məhsullarının daşınması üçün istifadə olunan dalan dəmir yollarının 10 kilometr uzunluğunda hissəsi əsaslı təmir edilmişdir. Həmin hissədə uzun illər istismar nəticəsində çürümüş bütün şpallar və yararsız hala düşmüş relslər yeniləri ilə əvəz olunmuşdur. Təmirçilərin gərgin əməyi sayəsində Etilen-polietilen zavodunun 12-ci sexinin daxilində yeni yoldəyişdirici və məhəccər qoyulmaqla əlavə yol çəkilmiş, bununla da iki dalan dəmir yolunun birləşdirilməsi prosesi başa çatmışdır. “Azərikimya” İB-nin dalan dəmir yollarında görülən təmir-bərpa və sazlama işləri uğurla davam etdirilir. İşlər ARDNŞ rəhbərliyinin daimi nəzarətindədir. Material təchizatında Birliyə hər cür yardım göstərilir ki, bunun da nəticəsində boşdayanma hallarına yol verilmir, təmir işləri müasir tələblərə uyğun olaraq yüksək keyfiyyətlə görülür. 16

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər