«Azərikimya»dan və «Qızıl Aypara»dan sumqayıtlı məktəblilər üçün 1 iyun və son zəng hədiyyəsi

617

ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyi «Qızıl Aypara» Cəmiyyəti Sum­qayıt şəhər təşkilatı ilə birgə yeni xeyriyyə aksiyası keçirmişdir. Şəhə­rin Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi tipli internat məktəbində 1 iyun – Uşaqların Beynəlxalq

Müdafiəsigününəvə son zəngəhəsr olunmuş tədbirdə iştirak edən «Azərikimya» İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və «Qızıl Aypara» Cəmiyyəti Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova hər iki əlamətdar gün münasibətilə pedaqoji kollektivi və məktəbliləri təbrik etmiş, birincilərə qiymətli hədiyyələr paylamışlar.Tədbirdə həmçinin tədris ilini yüksək nəticələrlə başa vuran şagirdlərə fəxri fərmanlar təqdim olunmuşdur.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi tipli internat məktəbinə göstərdikləri daimi diqqət və qayğıya görə məktəbin direktoru Ayət xanım Kərimova Sum­qa­yıt şəhər İcra Hakimiyyətinə, «Azərikimya» İstehsalat Birliyinə və «Qızıl Aypara» Cəmiyyəti Sumqayıt şəhər təşkilatına dərin minnətdarlığını bildirərək, vurğulamışdır ki, Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində «Azərikimya»nın bu məktəbin hə­yətində istifadəyə verdiyi müasir tələblərə uyğun mini-futbol meydançası xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün ən gözəl hədiyyə olmuşdur.

Tədbir şagirdlərin təqdim etdikləri ədəbi-bədii kompozisiyalar ilə başa çatmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər