“Azərsun Sənaye Parkı”na dəyən ziyanı sığorta qarşılayacaq – EKSKLÜZİV

855

“Azərsun Sənaye Parkı”nda ötən gün baş verən yanğında dəymiş ziyana görə sığorta ödənişi veriləcək.

Bu barədə “APA-Ecomics”ə “Azərbaycan Sənaye Sığorta” Şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şəfəq Nəcəfova məlumat verib.

Şəfəq Nəcəfovanın sözlərinə görə, sənaye parkında ziyan dəymiş əmlaklar və yanan məhsullar sığortalı olub: “Ziyan dəymiş anbarlar həm daşınmaz əmlakın icbari sığortası, həm də daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanıb. O cümlədən, anbarda yanan məhsullar da əmlak sığortası üzrə sığortalı olub”.

Sığorta ödənişinin məbləğinə gəlincə, Ş.Nəcəfova deyib ki, hazırda dəyən ziyanın hesablanması prosesi gedir. Dəyən zərərin ümumi həcmi hesablandıqdan sonra ödəniş həyata keçiriləcək”.

Qeyd edək ki, “Azərbaycan Sənaye Sığorta” Şirkəti “Azərsun Holdinq”ə daxildir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər