AZTV-nin sədri vəzifəsini icra edən sumqayıtlı jurnalisti yaxından tanıyaq - DOSYE

3610

sumqayitxeber.com “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edən Rövşən Məmmədovun (Rövşən Raqif oğlu Məmmədov) bioqrafiyasını təqdim edir:

Rövşən Məmmədov 1979-cu ildə Ağstafada anadan olub. 1985-1996 – cı illərdə Sumqayıt şəhər 24 saylı orta məktəbdə, 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Rövşən Məmmədov AzTV-dən əvvəl “ANS TV”, “Lider TV” və “İdman Azərbaycan TV” telekanallarında çalışıb. O, Bakı Slavyan Universitetində müəllim olaraq da fəaliyyət göstərib.

O, uzun illər Lider Televiziyasında çalışıb. İdman müxbiri kimi fəaliyyətə başlayan jurnalist, sonradan idman şərhçisi kimi çalışıb. Daha sonra İdman redaksiyasının rəhbəri olub.

O, fəaliyyəti dövründə bir neçə universitetdə Jurnalistika fakültəsində dərs deyib. Bir neçə dərsliyin müəllifidir.

Rövşən Məmmədov 2015-ci ildə Lider TV ilə yollarını ayırıb və fəaliyyətini siyasi sferada davam etdirib. O, AzTV-də “Günün nəbzi” və “Həftə” verilişini aparıb. Daha sonra isə Azərbaycan TV və Radio Verilişləri QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunub . 15 yanvar 2019-cu ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra etməyə başlamışdır.
Təhsili
1985-1996 – cı illər – 24 saylı orta məktəb, Sumqayıt ş.,
1996-2000-ci illər – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi. (bakalavr)
2000 – 2002-ci illər – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi (Beynəlxalq jurnalistika kafedrası) (magistratura)
2003-2006-cı illər – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi (Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası)(aspirantura)
2009-2016-cı illər – Bakı Slavyan Universiteti, (Filologiya və jurnalistika kafedrası)

Elmi dərəcə
Filologiya elmləri doktoru (ED№01812), 2017-ci il
Elmi fəaliyyəti
Kitab
2004 Azərbaycan diasporu və milli mətbuat, Bakı, Qartal,
Avropada Azərbaycan diasporu, Bakı, Mütərcim,
2013 Lider jurnalist, Bakı, Elm, 2013
20 iyul 2015-ci ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Rövşən Məmmədov “Tərəqqi” medalı ilə təltif edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər