Bakı metropoliteninə yeni qatarlar gətirildi – FOTO

2037
Bakı metropoliteninə daha bir yeni və müasir qatar gətirilib.
Bu barədə Unikal.org-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. O vurğulayıb ki, 5 vaqondan ibarət qatar müasir texnologiyaların ən son nailiyyətlərinə söykənir:
“İstismar müddəti 31 il olan “81-765/766” modelli qatarlar iki baş və üç aralıq vaqondan ibarətdir və texniki innovasiyalar baxımından bu qatarlar 4-cü nəslə mənsubdur. 2015-ci ildə alınan qatarlardan xeyli fərqlənir. Hər vaqonda 16 ədəd USB portu var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldura bilərsiniz”.
Nəsimi Paşayev həmçinin qeyd edib ki, gələn ayın sonuna kimi “Metrovaqonmaş” ASC-nin istehsalı olan daha 5 vaqondan ibarət qatar gətiriləcək.
Qatarların istifadə müddətinə gəldikdə isə qurum rəsmisi əlavə edib ki, hazırda rusiyalı mütəxəssislər Bakıdadır:
“Qatarlara əlavə avadanlıqlar qurlaşdırılır. Bu iş başa çatdırıldıqdan sonra, sınaqlar həyata keçiriləcək. Yalnız bundan sonra qatar xəttə buraxılacaq”.
Xatırladaq ki, 20 fevral 2018-ci il tarixində “Bakı Metropoliteni” QSC ilə “Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Metrovaqonmaş” ASC-nin istehsalı olan Bakı metropoliteninə daha iki yeni və müasir qatar gətiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər