Bakı-Sumqayıt ərazisinə Metrobüs xətti çəkilə bilər

1132

Bir çox ölkələrdə alternativ nəqliyyat vasitələri müvcuddur.

Bakıda Metrobüs, yaxud tramvay xəttinin yaradılması barədə danışan BNA-nın Nəqliyyat İinfrastrukturunun Təşkili şöbəsinin sektor müdiri Vüqar Məmmədzadə bildirib ki, bu istisna olunmur: “Bakı Nəqliyyat Agentliyi elə qurumdur ki, bütün prosesləri təhlil edir. Ötən il prezidentimiz 300 avtobusun ölkəyə gətirilməsi ilə bağlı sərəncam imzaladı. Artıq həmin 12 metrlik avtobuslardan 280 ədədi paytaxta gətirilib. Son 18 metrlik 20 ədəd avtobuslar da yaxın müddətdə paytaxta gətiriləcək. Metrobüsdən əvvvəl istəyirik ki, insanlar sərnişindaşımaya etibar etsinlər. İlk növbədə insanların güvənini qazanmalıyıq. Təbii ki, İstanbulla Bakı şəhəri müqaisə oluna bilməz. İstanbul böyük şəhərdir. Bakı şəhərində müəyyən analizlər, təhlillər edirik. Sərnişinlərin daha sıx getdiyi ərazilər araşdırılmalıdır. Misal üçün Sumqayıt ərazisini deyə bilərəm. Bakı-Sumqayıt ərazisini deyə bilərəm. Bakı şəhərində metrobüsün olması istisna olunmur”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Zakir
    Dekabr 7, 2019 - 22:27

    Ölkeni gör ne güne qoyub ki, Ilham Eliyev avtobusun ölkeye daxil olmasini bele özü imzalayir? Hani bes münbit iqtisadi sherait? Hani müsteqil biznesmenler? Onlar niye avtobus getire bilmirler ölkeye? Prezidentin bu qeder xirda meseleye bele el qoyursa daha ne deyesen???????

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər