Bakı-Sumqayıt marşrutu üzrə YENƏ REYD - 5 mikroavtobus duracağa yerləşdirildi

883

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi (DYP) qanunsuz sərnişin daşıyan mikroavtobuslarla bağlı reydlərini davam etdirir.

Trend-in məlumatına görə, yanvarın 23-də səhər saatlarında növbəti reyd keçirilib.

Sumqayıt Şəhər Nəqliyyat Departamenti ilə birgə keçirilən reyd zamanı əsasən Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz sərnişin daşıyan mikroavtobuslar aşkarlanıb.

Reyd zamanı 5 mikroavtobus qanunsuz sərnişin daşıdığı üçün saxlanılıb və duracağa yerləşdirilib.
Reydlər davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər