Bakı- Sumqayıt yollarında TIXAC: avtobuslar gecikir

1167

Bakı Nəqliyyat Agentliyi paytaxtın bəzi küçələrində yaranan sıxlıqla bağlı məlumat yayıb.

Bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir.

 Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır: “Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar”.

Qeyd edək ki, ən böyük tıxac Sumqayıt Bakı yolunun Masazırdan üzü mərkəzə doğru olan hissəsində, eləcə də Zabrat-Sabunçu yolunda müşahidə edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər