Bir nəfər ağır yaralandı
Bakı-Sumqayıt yolunda silahlı insident baş verib. Bu barədə APA-ya Abşeron rayon Polis İdarəsindən bildirib.
Hadisə bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunun 18-ci kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb. Baş vermiş silahlı insident nəticəsində 30 yaşlı Samir İsmayılov ağır yaralanıb. Zərərçəkən Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Mərkəzdən APA-ya verilən məlumata görə, yaralının vəziyyəti ağır olaraq qalır. Dərhal əməliyyat olunan S. İsmayılovun bədənindən xeyli qəlpə çıxarılıb.
Hazırda polis hadisənin kimin tərəfindən törədildiyini və insidentin baş vermə səbəblərini araşdırır.
LENT.AZ