Bakı-Sumqayıt yolunda döyüş sutsatı aşkarlandı

626

sumqayitxeber.com saytı Fövqəladə Hallar Nazirliyinə  istinadən məlumat verir ki, Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt avtomobil yolunun 16-cı kilometrliyində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın korroziyaya uğramış və bu səbəbdən daşınması mümkün olmayan “F-1” tipli 1 ədəd əl qumbarası olduğu müəyyən edilmişdir. Xilasedicilər hadisə yerinə toplaşmış insanları təhlükəsiz məsafəyə uzaqlaşdırmış və aşkarlanmış qumbara nazirliyin mütəxəssisləri tərəfindən təhlükəsiz vəziyyətə salınmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər