Bakı-Sumqayıt yolunda hərbçilər yol qəzasına düşüblər

703

Azərbaycan Ordusunun hərbçiləri yol qəzasına düşüblər. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah rəisi, polkovnik Zaur Yusifov xidməti avtomobili ilə qəzaya düşüb. Nəticədə zabit ağır yaralanıb. Yaralı hərbi hospitala yerləşdirilib. Hadisə baş verən zaman Z. Yusifovla birgə maşında əsgər də olub. Xoşbəxtlikdən əsgər xəsarət almayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər