Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir.
Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumatda həmçinin bildirilib ki, bununla əlaqədar olaraq hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır.
Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq təhlükəsizlik tədbirləri görüləcək.