Bakıda ağır qəza 11 NƏFƏR XƏSARƏT ALDI

824

Bakıda bu gün səhər saatlarında ağır yol qəzası baş verib. Qala -Pirallahı yolunda (“Zirə Bolmarket”in yanı) qeydə alınan qəza nəticəsində 11 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, hadisə yerinə təcili yardım çağırışı 7:17-də qeydə alınıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib. “İki nəfərin müalicəsi davam edir. Həkimlər xəstəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur”,-Abubəkirov bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər