Bakıda cərimə meydançasında 50-dən çox maşın yandı

1807

Nizami rayonunda avtomobillərin cərimə meydançasında müxtəlif markalı bir neçə avtomobil yanıb. 

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, ərazidə olan qalan avtomobillər yanğından mühafizə olunub . Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının başvermə səbəbləri araşdırılır. Əlavə məlumat veriləcək.

***

Bakının Nizami rayonnuda Dövlət Yol Polis İdarəsinə aid cərimə meydançasında güclü yanğın baş verib. Güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb. Elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşüb, nəticədə yanğın başlayıb. ANS televiziyasının əməkdaşı Ruslan Eldaroğlunun ANS PRESS-ə verdiyi məlumata görə, yanğın qısa zaman ərzində böyük bir ərazini əhatə edib. Dərhal II dərəcəli yanğın elan olunub və əraziyə Bakı şəhər Yanğından Xilasetmə Qarizonun canlı qüvvəsi və texnikaları cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin qərargah rəisi Ələkbər Novruzov da əraziyə gəlib.

Alovun şiddətlənməsinin qarşısı alınıb. Hazırda yanğınsöndürənlər yanğının tam söndürülməsinə çalışırlar. Yanğın nəticəsində cərimə meydançasında olan 50-dən çox avtomobil yanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər