Bakıda törədilən qətlin təfərrüatları məlum olub.
APA-nın məlumatına görə, qətlə yetirilən qadının Zəhra İbrahimova olduğu açıqlanıb. Hadisəni Z. İbrahimovanın keçmiş həyat yoldaşı Rəşad İbrahimov törədib. Belə ki, keçmiş həyat yoldaşını oğlanla görən R. İbrahimov onların hər ikisini bıçaqlayıb. Nəticədə Z. İbrahimova ölüb, onun yanında olan Emin Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
11:17
Bu gün Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində baş vermiş dəhşətli qətllə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, hələlik şəxsiyyəti dəqiqləşməmiş şəxs tərəfindən bıçaqlanan qadın təcili olaraq yaxınlıqdakı “Atlas” klinikasına çatdırılıb. Lakin xəstəxanaya daxil olarkən qadının artıq keçindiyi məlum olub. Onunla birgə bıçaqlanan gənc oğlan isə Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyata götürülüb. Onun vəziyyətinin kritik olduğu bildirilir.
İlkin araşdırmalrdan sonra bıçaqlanan oğlanın 1982-ci il təvəllüdlü Emil Əliyev olduğu müəyyənləşib. Hazırda qətlə yetirilən qızın şəxsiyyəti və cinayəti törədənin kimliyi dəqiqləşdirilir.