Bakıda ər 21 yaşlı həyat yoldaşına küçədə 18 bıçaq vurdu – FOTO

1297

Ötən gün günorta saatlarında Bakı şəhərində qadın əri tərəfindən bıçaqlanıb.

Hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Daxil olan məlumata görə, 1997-ci il təvəllüdlü Aydan Hətəmova çoxsaylı bıçaq xəsarətləri alıb.

Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Aydan Hətəmova dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağır olan qadın hazırda reanimasiyadadır.

“Hazırda Aydan Hətəmovanın vəziyyəti orta-ağırdır. Sabah xəstəni palataya yerləşdirəcəyik”, – deyə xəstəxanadan məlumat verilib.

Məsələ ilə əlaqədar Nəsimi rayon Prokurorluğdan BAKU.WS-ə bildirdilər ki, həyat yoldaşını bıçaqlayan 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə gələrək təslim olub.

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

BAKU.WS-ə daxil olan məlumata görə, Rəhman Cəfərov həyat yoldaşı Aydan Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.
Bakıda ər 21 yaşlı həyat yoldaşına küçədə 18 bıçaq vurdu – FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər