Bakıda manyak həkim – ginekoloqu yandıraraq qətlə yetirdi – Polis rəisinin arvadından sensasion açıqlama

2255
Bir müddət əvvəl boşandığı həkim arvadını öldürərək yandıran sabiq polisin xanımı ölkə başçısına müraciət edib. 
Zəminə Əliyevanın Criminal.az saytına da göndərilən müraciətində bir neçə gün əvvəl Şabran rayonu ərazisində aşkarlanan kişi meyiti ilə ərinin məhkum olunduğu cinayətin eyni adam tərəfindən törədilməsinə işarə edib.
 Bakı-Quba yolunda yandırılmış meyit 
”Məlum olduğu kimi, 27.01.2018 tarixində Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yol kənarında şəxsiyyəti məlum olmayan, yandırılmış kişi meyiti aşkar edilib. Eyni dəst-xətt ilə, 06.07.2015 tarixində də sonradan Əliyeva Natavan Rafiq qızı olması müəyyən edilən meyit də Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində aşkar edilib və həmin fakt uzrə həyat yoldaşım Əliyev Samir Səməndər oğlu təqsirsiz olaraq həbs olunub.
Hal-hazırda da qanunsuz olaraq həbsdə saxlanılan həyat yoldaşımın təqsirsiz olduğunu, cinayəti törətməkdə ittiham edildiyi vaxt tamamilə başqa yerdə olduğunu təsdiq edən şahid ifadələri, mobil telefonun antenn dairə məlumatları cinayət işində öz əksini tapıb. Hansısa manyak tərəfindən törədilən bir cinayətin heç bir əsas olmadan həyat yoldaşımın üstündə qalmasını, eyni dəsi-xətt ilə törədilmiş Şabran rayonu ərazisində aşkar edilmiş naməlum kişi meyiti faktı da təsdiq edir.
Zəminə Əliyeva
Böyük ehtimallar var ki, hər iki cinayət bu və ya digər formada bir-biri ilə əlaqəlidir. Ola bilsin ki, bu cinayət ya eyni səxs tərəfindən törədilib, ya da 06.07.2015 tarixində meyiti aşkar olunmus Əliyeva Natavan Rafiq qızı cinayətini törətmiş səxsdən qisas məqsədi ilə törədilib. Xahis edirəm, bu cinayətlərin bir-biri ilə əlaqəsinin olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq göstəriş verəsiniz.
Z.Əliyeva müraciətinin surətini Ali Məhkəmənin sədri Ramiz Rzayevə və Baş prokuror Zakir Qaralova da göndərib.
Mərhum Natəvan Əliyeva
Criminal.az xatırladır ki, 2015-ci il iyulun 6-da gecə saatlarında Bakı – Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyiti tapılıb. Meyitin Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. 34 yaşlı Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən 2 saylı doğum evində mama-ginekoloq işləyib. Qətldən bir neçə gün əvvəl – iyunun 25-dən 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis əməkdaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə 19 il azadlıqdan məhrum edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər