Bakıda məsciddən oğurluq edən şəxsi dirəyə bağladılar – O isə “işverən” dedi – VİDEO

1220

Sosial şəbəkələrdə Bakıda məsciddən oğurluq edən şəxsi dirəyə bağlanılması ilə bağlı video yayılıb.

Sonxeber.az unikal.org-a istinadən xəbər verir ki, hadisə dünən saat 09:00 radələrində baş verib. Yasamal rayonu Mirəli Seyidov küçəsi 31-38-ci kvartalda yerləşən “İlahiyyat” məscidində oğurluq edən şəxsi dindarlar dirəyə bağlayıb, polis çağırıblar. Hadisə baş verən əraziyə gələn Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşları oğurluq edən şəxsi tutublar.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən “İlahiyyat” məscidinin imam köməkçisi Ağalar Seyidov həmin şəxsin “İlahiyyat” məscidindən dəfələrlə oğurluq etdiyini bildirib:

“Hadisə dünən baş verib. Oğrunu tutub dövlət orqanlarıına təhvil vermişik. Həmin oğru buradan 20-30 dəfə oğurluq edib. Onu həm də ona görə dirəyə bağladıq ki, qorxub, bir də oğurluq etməsin. O, adam da bilir ki, yenə də onu buraxacaqlar. Dəfələrlə oğurluq etdiyinə görə polisə təhvil verilsə də, yenidən azadlığa buraxılır. Oğrunun adını və soyadını isə bilmirəm”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər