Bakıda məşhur restoranda zəhərlənməyə görə həbslər başladı

1072

Bakıda restoranda kütləvi zəhərlənmə faktına görə bir nəfər həbs olunub.

Bakı şəhər Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən “Tonqal” restoranında üçü azyaşlı olmaqla, 13 nəfərin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.

İş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən İlham İdris oğlu Qasımova Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər